“TikTok sosial şəbəkəsi digər şəbəkələr kimi həm mənfi, həm də müsbət xüsusiyyətlərə malikdir. Bu, istifadəçinin öz xarakterindən, asılılıq səviyyəsindən, iradəsindən, həmçinin təsir altına düşmə mexanizmindən asılıdır”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, bəzi insanlar TikTok-a yeni məkanları araşdırmaq, yeni insanlarla tanış olmaq və ya ümumiyyətlə son məlumatları əldə etmək platforması kimi baxırlar:
“Lakin bəzi uşaqlar və yeniyetmələr onu daha təhlükəli davranışlar, riskli triklər və daha çox baxış sayı toplayan qorxulu videolar izləmək üçün istifadə edirlər.
Ümumiyyətlə, mən psixoloq olaraq düşünürəm ki, TikTok şəbəkəsi əsasən diqqətimizə təsir edir. Bu təsir həm böyüklərdə, həm də kiçiklərdə müşahidə olunur.
Qısa, 30–40 saniyəlik videolar insanlarda hövsələsizlik və səbirsizlik yaradır, diqqət çatışmazlığına səbəb ola bilir. İnsanlar artıq videolardan sonra məlumatı daha tez əldə etmək istəyir, səbirsiz davranırlar.
Yəni bir insanı sona qədər dinləməkdə çətinlik çəkir, məlumatı tez əldə edib dərhal qərar verməyə çalışırlar. Bu isə qarşı tərəfdə qıcıq yaradır və ümumilikdə ünsiyyət problemlərini artırır.
Digər tərəfdən, bu platforma insanların zövq və həzzinə o qədər xidmət edir ki, demək olar ki, hər iki nəfərdən biri sakit bir mühit tapıb TikTok videolarına baxmaq istəyir. Bu, bir növ onları rahatlaşdırır.
Böyüklər özlərini müəyyən qədər tənzimləyə bilsələr də, kiçiklər, xüsusilə yeniyetmələr bunu etməkdə çətinlik çəkirlər. Nəticədə dərsdən yayınma, ünsiyyətdən qaçma, aqressiya və sosial problemlər yarana bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB