“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası təşkil edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir nazirliyin Respublika Qan Bankı və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanla təminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada Respublika Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB