Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Çiçək Hüseynova İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbədən danışıb. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan Ordusu analoqu olmayan Qələbə qazanıb. O həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.
Aşağı Kəpənəkçi məktəbinin direktoru Nəsib Nəsibov, filoloq Növrəstə Məhərrəmqızı və müəllim Sevda Şahverdiyeva Zəfər Gününün Qardabani şəhərində qeyd edilməsinin önəmini vurğulayıblar.
Sonda mərkəzin şagirdləri şeirlər söyləyib və İkinci Qarabağ müharibəsi ilə bağlı təqdimatla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB