Naxçıvanda beynəlxalq reytinqli şahmat turniri keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində keçirilən və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri başa çatıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, turnirdə müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılar bacarıq və biliklərini nümayiş etdiriblər.

Turnirdə 87 şahmatçı iştirak edib. Onlardan 51-i reytinqli, 36-sı isə reytinqsiz oyunçulardır. Yarışda 11 qadın və 24 kişi iştirakçı, həmçinin 6–16 yaş aralığındakı 62 gənc, 2 Türkiyə vətəndaşı və 5 veteran şahmatçı mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə