2026-cı ildə qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu prioritet istiqamətdir - Aygün Əliyeva
Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəlir. SİA xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.
O bildirib ki, əgər 2022-ci ildə bu istiqamət üzrə Agentliyin xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-yə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab nəşr etdirib, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıb. Son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu prioritet istiqamətdir.
“Daxil olmuş layihələrin hazırda ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin keçirilməsinə, xarici QHT-lərlə birgə hesabatların hazırlanmasına və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”, - deyə A. Əliyeva vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

USD
EUR
GBP
RUB