Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqaməti insan amilinə yönəlib - Bahar Muradova
Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqaməti insan amilinə, ailə institutunun möhkəmlənməsinə və sosial ədalətin təmininə yönəlib. Bölgələrdə və mərkəzdə baş verən ictimai-siyasi hadisələrə münasibətdə obyektivlik və məsuliyyətli yanaşma vacibdir. Hər bir qərar və fəaliyyət həm cəmiyyətin, həm də dövlətin maraqlarına uyğun şəkildə formalaşdırılmalıdır. Məsuliyyət və şəffaflıq sosial siyasətin əsas dayaqları olmalıdır. SİA xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova brifinqdə çıxışı zamanı söyləyib.
Dövlət Komitəsinin fəaliyyətinə toxunan B. Muradova deyib: “Komitə qarşıya qoyulan vəzifələri vaxtında və prinsipial şəkildə həyata keçirir. Təşəbbüslərimiz sosial institutların operativ fəaliyyətinə və vətəndaşlara yönəlmiş xidmətlərin təkmilləşməsinə imkan yaradır”.
Komitə sədri xüsusi olaraq vurğulayıb ki, ailə cəmiyyətdə mənəvi dayağın və sosial harmoniyanın əsasını təşkil edir. Ailə dəyərlərinin qorunması və inkişafı gələcək nəsillərin sağlam böyüməsi baxımından prioritet məsələdir.
B.Muradova qadın və uşaq hüquqlarının müdafiəsini, sosial rifahın yaxşılaşmasını və gender bərabərliyinin təmin edilməsini Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirib. “İnsan hüquqları, qadın və uşaq məsələləri təkcə sosial deyil, həm də strateji əhəmiyyət kəsb edən dövlət prioritetləridir”, - deyə Bahar Muradova qeyd edib.
O vurğulayıb ki, dövlət qurumlarının fəaliyyəti, ictimai institutların təşəbbüsləri və vətəndaş cəmiyyətinin iştirakı birlikdə daha ədalətli və inklüziv cəmiyyətin qurulmasına xidmət etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB