Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb, açarların ailələlərə təhvil verilmə mərasimi keçirilib. SİA xəbər verir ki, bu mərhələdə köçürülən 225 nəfərdən ibarət 58 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə