Bakıda kontakt karate üslubları üzrə yay seminarı keçirilir

Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı keçirilir. SİA xəbər verir ki, Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan seminarda Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov və digər rəsmilər iştirak edir.

500-ə yaxın idmançının yer aldığı seminar üç - Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə təşkil olunub.

Seminar Şihan Allahverdi Rüstəmov və Rafael Bünyatov tərəfindən keçirilir.

Tədbir 26 iyun - Silahlı Qüvvələr gününə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə