“Avey” Dövlət Tarix-Mədəniyət Qoruğunda Ağacəkmə aksiyası təşkil olunub - FOTOLAR
Bayram günlərində "Avey" Dövlət Tarix-Mədəniyət Qoruğunun Göyəzən filialında qoruq əməkdaşları tərəfindən ağacəkmə aksiyası Keçirilib. SİA xəbər verir ki, aksiya çərçivəsində Göyəzən dağının ətəklərində 150-dən çox badam tingi əkilib.
Qeyd edək ki, son illərdə bu əraziyə 3000-dən çox badam və tingi basdırılıb. Məhz badam tinginin seçilməsi isə buranın landşaftına uyğun olması ilə əlaqədardır.
Əvvəlki illərdə əkilmiş badam tinglərindən bu il məhsul əldə olunub.
Tinglərin suvarılması üçün yaxın ərazidəki dağlardan 4000 metrə yaxın uzunluqda su xətti çəkilib. Qoruq əməkdaşları tərəfindən tinglərə mütəmadi şəkildə qulluq olunur.
Qeyd edək ki, Göyəzən dağı unikal təbiət hadisəsi olmaqla yanaşı, burada tarixi abidələr də mövcuddur. Qazax rayonuna gələn insanlar, turistlər hər zaman bu dağı ziyarət edir, ətəyində yerləşən, ilkin orta əsrlərin sonlarına aid qala bürcləri ilə yaxından tanış olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə