"Nə yaxşı ki, buradayam" - Rüxsarə Qasımova

"Nə yaxşı ki, mən buraya gəlmişəm". SİA xəbər verir ki, bu sözləri Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinə mediatur zamanı müsahibəsində Rüxsarə Qasımova deyib.

Onun sözlərinə görə, bu günə şükürlər olsun: "Artıq iki aydır ki, gəlmişəm. Günlərim çox yaxşı keçir. İstədiyim vaxt idmana gedirəm, istədiyim vaxt yemək bişirirəm. Yemək müəssisəmizdən olsa da, özüm də ürəyim istədiyi yeməyi bişirə bilirəm. Otaqların, müəssisənin şəraiti çox yaxşıdır. Allah dövlətimizin, Prezidentimizin canını sağ etsin".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə