“Övladlarımıza doğru yön vermək üçün, ilk növbədə şəxsi nümunəmiz üzrə tərbiyəni düzgün aşılamalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib.
Psixoloq sözlərinə belə davam edib: “Şəxsi nümunə uşaqların həm əməli davranışlarına, həm də xarakter xüsusiyyətlərinə təsiri vardır. İnsan yaş keçdikcə, valideynlərinin,nənə babalarının davranışlarını analiz edir, onlar kimi olmağa səy göstərirlər.
İkinci, üsul- nəsihət və məsləhətdir. Valideyn uşağın hazırki yaşına, psixologiyasına uyğun olaraq ona məsləhətlər verə, dəstək göstərə bilər. Məsələn, bir yeniyetmə yalnış davranış nümayiş etdirərsə, dərhal onu danlamaq və cəzalandırmaq yerinə, bu yalnışı etmə səbəblərini, yalnışın onda yaratdığı duyğu, hisslərini müzakirə etmək ona yalnışını dərk etməsinə yardım edəcəkdir. Çünki yeniyetmə üçün, əsas olan anlaşılmaq, qəbul edilməkdir. Valideynlərinin onu başa düşdüyünü anlasa öz dəyəri də, özünüqiymətləndirməyi də yüksək olar.
Digər bir məsələ, ağıldır. Bəzən valideynlərin istər şəxsi nümunəsi, istərsə də dostcasına məsləhətləri işə yaramır, yeniyetmə daim yalnış, səhv qərarlar qəbul edir. Burda da əslində tərbiyə mühüm rol oynayır, lakin hazırki anda verəcəyiniz tərbiyə yox, həmin ana qədər verdiyiniz tərbiyədir mühüm olan. Nələr olar, nələr olmaz məzmununda tərbiyədən yox, beynin, koqnitiv proseslərin düzgün tərbiyəsindən danışmaq istərdim. Bəzən uşaq doğru düşünür, lakin yalnış qərar verir. Buna səbəb təfəkkürün məsələ həllində, problem çözümündə düzgün yanaşması, lakin ağıl ilə, ağılın tənqidiyindən, müstəqiliyindən istifadə edə bilməməklə, təfəkkürün irəli sürdüyü variantlar arasında seçim üstünlüyünü düzgün göstərə bilməməyindən asılıdır. Seçim azadlığı bizim iradəmizdən asılıdır, iradənin də düzgün formalaşması tərbiyədən asılıdır. Bütün ehtimallarda uşağın düzgün yön almasında problemlərlə rastlaşırsınızsa ailənizin psixoloqundan yardım ala bilərsiniz”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə