Daşkəsənə qar yağıb

Daşkəsən rayonuna günorta saatlarından qar yağmağa başlayıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daşkəsən şəhərində yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yaranmayıb.

Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitinə uyğun qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə