Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na uyğun olaraq cari ildə prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub. Yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 70 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).
Namizədlər tibbi müayinədən keçmək üçün dekabrın 4-dən 6-dək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).
Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə