Küləkli havaya görə sarı xəbərdarlıq edilib

Avqustun 2-3-də qısa müddətə Azərbaycanın bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. SİA-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə