Anar Quliyev Ağsuda vətəndaşları qəbul edib - FOTOLAR

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağsu şəhərində vətəndaşları qəbul edib. SİA xəbər verir ki, sədr Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərinin tikintinin planlaşdırılması, tikinti və istismara icazə icraatı ilə bağlı suallarını cavablandırıb, Komitənin bu məqsədlə yaratdığı elektron sistemdən istifadənin üstünlükləri barədə məlumat verib.

Səfər çərçivəsində A.Quliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla da görüşüb, onunla şəhərin Baş Planının icra vəziyyəti, ictimai məkanların yaradılması, mənzil tikintisi imkanları və digər şəhərsalma məsələləri ətrafında geniş müzakirə aparıb

Bütün xəbərlər Facebook səhifəmizdə