3,6 min nəfərdən çox şəxsə pensiya təyinatı aparılıb

2024-cü ilin mart ayı ərzində 3,6 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 59,6%-ni kişilər, 40,4%-ni isə qadınlar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə