"Piyadanı maşın vurarsa, günahın kimdə olduğunu işin gedişatı ilə müəyyən etmək olar". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

Ekspert bildirib ki, çünki ölümlə, xəsarətlə nəticələnərsə, artıq bu digər məsələnin araşdırmasıdır: "Ümumiyyətlə, heç bir sürücüyə, hətta nizam-intizamsız piyadanın üzərindən keçib ona xəsarət yetirməyə bəraət qazandırılmır. Ən azı sual verilir ki, sən nə kimi addımlar atdın və nə etdin ki, bu qəzanın qarşısı alınsın.
Cərimələrə gəldikdə isə, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə uyğun olaraq piyadaya yol vermədiyi üçün sürücüyə 50 manat cərimə tətbiq olunur. O demək deyil ki, piyada keçidi üzərində iki zolaqdırsa, sağ tərəfdən piyada ayağını zolağa qoyubsa, sürücü sol zolaqda hərəkətini dayandırmalıdır. Xeyr, elə deyil. İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin 1 və 2-ci bəndlərində deyilir ki, zolaq üzərində sürücü nəqliyyat vasitəsini idarə etdikdə piyada sürətini, istiqamətini dəyişmirsə, sizin hərəkətiniz ona yol verilməmiş kimi qəbul edilə bilməz. Yəni, burada mübahisə yaradan vəziyyət yoxdur. O ki qaldı bəraət qazandırmağa, əgər yüksək sürətli yolda, piyada üçün nəzərdə tutulmayan yolda və qəflətən, ani məqamda piyada yolun ortasında peyda olursa, video vasitəsilə bu qeydə alınırsa, bir az uzun prosesdir. Biz təcrübədə müşahidə edirik ki, əksək hallarda ölümlə, xəsarətlə nəticələnən qəzalarda əksər hallarda sürücülər təqsirli görülür. Bunu təcrübə göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB