Diqqət əskikliyi və hiperaktivlik pozuntusu nədir? - PSİXOLOQ AÇIQLADI

“Diqqət əskikliyi və hiperaktivlik pozuntusu (DƏHP) uşağın gündəlik fəaliyyətinə və inkişafına əhəmiyyətli dərəcədə mane olan davamlı diqqətsizlik, hiperaktivlik və impulsivlik nümunələri ilə xarakterizə olunan neyroinkişaf pozuntusudur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq diqqət əskikliyi və hiperaktivlik pozuntusunun simptomlarına da diqqət çəkib: “Simptomlar adətən uşaqlıq dövründə müşahidə olunur, müdaxilə edilmədikdə isə yeniyetməlik və yetkinlik dövründə də davam edir. DƏHP bütün dünyada uşaqların təxminən 5-10% -ni təsir edir və oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir. Diqqət əskikliyi və hiperaktivliyin əsas əlamətləri: Diqqətləri çox asanlıqla dağıla bilər; Başladıqları işi bitirməkdə çətinlik çəkərlər; Ani hərəkət edərlər; Səbrsizdirlər; impulsiv davranış sərgiləyirlər; Danışıqları tez-tez kəsintili olur; Planlama və təşkilatçılıq zəifdir. DƏHP-nin səbəbi tam olaraq bilinmir. Ancaq genetik faktorların beyindəki bio kimyəvi pozuntusu hamiləlik və hamiləlikdən sonrakı problemlərdən ətraf mühitin qidalanmanın təsirindən ola biləcəyi düşünülür. Bu hal tam olaraq müalicə olunmayan durumdur. Əlamətlərini zəiflətməyə kömək edən müalicə metodları var. Bu metodlar arasında medikomentoz müdaxilə,terapiyalar və davranışla iş mühüm yer tutur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə