“Postimees” qəzeti yazır ki, Estoniyada Rusiya sərhədi yaxınlığında təsadüfən 250 kiloqramlıq aviabomba aşkar edilib.
SİA-nın məlumatına görə, nəşrin internet saytında yerləşdirilən xəbərdə bildirilir ki, həyəcan mərkəzinə meşədə gəzən şəxsin böyük partlayıcı qurğu tapması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri bunun aviabomba olduğunu müəyyən ediblər. Hesabatda sursatın hansı ölkədə və nə vaxt istehsal olunduğu qeyd olunmayıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər onu məhv etmək niyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB