Bir müddət əvvəl ABŞ Prezidenti Nigeriya hökumətini xristianlara qarşı soyqırım törətməkdə ittiham etmişdi...
...Nigeriya Prezidenti Bola Tinubu, ABŞ-ın xristianlara qarşı soyqırım ittihamlarından sonra ABŞ-lı həmkarı Donald Trampla görüşəcək.
SİA xəbər verir ki, bu barədə Tinubu-nun Siyasi Kommunikasiyalar üzrə Xüsusi Məsləhətçisi Daniel Bvala sosial media platforması X-də məlumat verib.
O yazıb ki, “...Həm Prezident Bola Tinubu, həm də Prezident Donald Tramp üsyan və terrorizmin bütün formaları ilə mübarizə aparmağa sadiqdirlər".
Bvala həmçinin bildirib ki, xristianlara qarşı terror hücumları ilə bağlı fikir ayrılıqları iki lider tərəfindən Nigeriyadakı prezident sarayında və ya Ağ Evdə keçiriləcək görüşdə müzakirə olunmalı və həll edilməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB