Türkiyənin Gebze bölgəsində 21 bina boşaldılıb...

Oktyabrın 29-da Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binanın yerləşdiyi ərazidə 28 iş yeri və 21 bina boşaldılıb.

SİA xəbər verir ki, bölgədəki binaların bir neçəsində ağır zədənin müəyyən edildiyi, bəzilərinin isə daşıyıcı sütunlarında çatlaqların olduğu bildirilir.

Hadisənin baş verdiyi bölgəyə baxış keçirən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ərazidə genişmiqyaslı araşdırmaların başladıldığını deyib.

Tədqiqatlara 40-a yaxın mütəxəssis cəlb olunub. Bölgədən 250-dən artıq vətəndaş təxliyə edilib.

Xatırladaq ki, Gebzedə binanın çökməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə