Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb

Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə