...SİA-nın məlumatına görə, Britaniyanın "Daily Star" tabloid qəzeti araşdırmaçı jurnalist İlya Davlyatçinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 2050-ci ilə qədər hakimiyyətdə qalmaq istəyir.
Davlyatçinin sözlərinə görə, İosif Stalindən bəri Kremlin sükanını digər hökmdarlardan daha uzun müddət tutan 73 yaşlı Putin 97 yaşına qədər hakimiyyətdə qalmaq və sonra hakimiyyəti oğlu İvana təhvil vermək istəyir.
Hazırda onun 10 yaşı var və 2050-ci ildə 35 yaşı olacaq. Putinin səlahiyyət müddətini yenidən təyin etmək üçün 2020-ci ildə yenidən yazılmış mövcud konstitusiya ona 2036-cı ilə qədər və ya 83 yaşına qədər prezident qalmağa imkan verir. Hakimiyyət müddəti baxımından Putin artıq Pinoçeti (17 il), Kim Çen İri (17 il), Benito Mussolinini, İndoneziya diktatoru Suhartonu (20 il) və Rumıniyaya 24 il rəhbərlik etmiş Nikolae Çauşeskudan geridə qalıb.
Beşinci müddətinin sonunda Putin Mao Zedonqu üstələyə, altıncı müddətində isə hər biri 36 il hakimiyyətdə olmuş Fransisko Franko (İspaniya) və Antonio de Salazarı (Portuqaliya) üstələyə bilər.
Əgər Putin 2050-ci ilə qədər hakimiyyətdə qalarsa, o, Müəmmər Qəddafini (42 il), Kim İr Senqi (46 il) və Fidel Kastronu (49 il) üstələyəcək və 50 il (boyarların rəhbərlik etdiyi uşaqlığı da daxil olmaqla) hakimiyyətdə olan İvan Dəhşətlidən bəri Rusiyanın ən uzun müddət hakimiyyətdə olan hökmdarı olacaq.
Putinin yaxın ətrafı Rusiya prezidentinin ömrünün uzadılması məsələlərini fəal şəkildə araşdırır və sentyabr ayında Səhiyyə Nazirliyinə qocalma əleyhinə bütün mövcud elmi tədqiqatları təcili olaraq toplamaq tapşırılıb.
Bu barədə "The Times" qəzeti ötən il məsələ ilə tanış mənbələrə istinadən məlumat verib.
Mediada yer alan xəbərlərə görə, "qocalma əleyhinə müalicə" layihəsinə Putinin yaxın dostlarından biri və Kurçatov Nüvə Tədqiqatları İnstitutunun rəhbəri 77 yaşlı Mixail Kovalçuk nəzarət edir. Putinin böyük qızı, endokrinoloq Mariya Vorontsova da bu işdə iştirak edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB