“Xəzər dənizinin suyunun quruması ilə bağlı məsələ olduqca böyük bir problemdir. Bu problemin arxasında yatan ciddi səbəblər mövcuddur. Belə ki, Volqa çayının Xəzər dənizinə tökülən hissəsinin suyunun azalması, həmçinin Xəzər dənizinə tökülən digər çayların iqlim dəyişiklikləri fonunda azalması birbaşa olaraq Xəzər dənizinin suyunun azalması ilə nəticələnir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Deputat bildirib ki, Xəzər dənizinin tərkibində olan müəyyən tektonik dəyişmələr, yəni qabarmalar və çəkilmələr də dənizin suyunun azalmasına gətirib çıxarır:
“Bu məsələnin həlli isə o qədər də asan deyil: “Bu problemin həlli ilə əlaqədar iqlim dəyişiklikləri ilə mübarizə və bu çərçivədə COP29-un keçirilməsi olduqca əhəmiyyətlidir. Dünyanı narahat edən məsələlər fonunda təbii ki, bu problem də öz həllini tapa bilər.
Xəzər dənizində hər zaman enmələr və qalxmalar, həmçinin digər problemlər yaşanıb. Lakin bu Xəzər dənizinin yox olması təhlükəsini qarşıya qoymur. Çünki Xəzər dənizi böyük dənizdir, göldür və yalnız Azərbaycana aid deyil. Yəni, Xəzərin suyunun insan təsirindən azalması yalnız bizlə bağlı deyil. Burada Rusiyanın və digər Xəzər dənizinin sahilyanı dövltələrinin rolu var. Problemin həlli də məhz sahilyanı dövlətlərin birgə səyi ilə mümkün olacaq.Amma istənilən halda dənizdəki azalmalar daha çox təbiətdə gedən proseslər fonunda baş verir. Lakin bu problemlər Xəzər dənizinin yox olacağını deməyə heç bir əsas vermir”.
Bütün xəbərlər Facebook səhifəmizdə