Beyin üçün hansı qidalara üz tutmalıyıq?

Beyin üçün hansı qidalara üz tutmalıyıq?

Beynimiz bütün bədənimizin sağlamlığını qorumaq üçün açar rolunu oynayır. SİA xəbər verir ki, sağlam beyin sağlam bədən deməkdir. Təbii ki, bu tənlik qarşılıqlı işləyir; beynimizi sağlam tutmağın yolu bədənimizi sağlam saxlamaqdan keçir. Məşq edib etməməyimizdən asılı olmayaraq yuxu rejimimiz və ən əsası nə yediyimiz bədən sağlamlığımızı və eyni zamanda beyin sağlamlığımızı qorumaq üçün diqqət etməmiz lazım olan əsas elementlərdir. Beyin inkişafı üçün, ilk növbədə, düzgün qida yeyilməlidir.

Karbohidratlar

Beyinin enerji mənbəyi qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalması və ya artması ilə əlaqədar problemlər yarana bilər. Qlükozanın əldə oluna biləcəyi karbohidrat və yağları istehlak edərkən diqqətli olmaq lazımdır. Uzun müddət həddindən artıq şəkər istehlakının nevroloji problemlərə səbəb olduğunu unutmaq olmaz. Çörək məhsulları, paxlalılar, kartof, banan, alma karbohidratla zəngin qidalardır. Balıq yağı ilə birlikdə bitki yağı istehlakı beyin sağlamlığı baxımından əhəmiyyətli bir yer tutur.

Banan, yağsız süd, qatıq

Tərkibində B vitaminləri olan qidalar yaddaş və zəka inkişafı baxımından birinci yerdədir. B vitamini beyin və sinir sisteminin sağlamlığını qorumaq üçün xüsusilə vacibdir. Çatışmazlıq depressiyaya, qısa müddətli yaddaş itkisinə, diqqət çatışmazlığına, əllərdə və ayaqlarda yanma hissi, sancma, hissiyyatın pozulması, unutqanlıq və əsəbiliyə səbəb ola bilər. Bundan əlavə, B vitamini çatışmazlığı beyinə və beynin əmrlərini yerinə yetirən sinir sisteminə müxtəlif dərəcədə zərər verə bilər. Ət, balıq, yağsız süd, qatıq, banan, yaşıl yarpaqlı tərəvəzlər və paxlalı bitkilərdə B vitamini var.

Balıq

Omeqa 3 turşusu ilə zəngin olan balıq beyin funksiyalarının daha düzgün işləməsinə kömək edir. Omeqa 3 beyni daha çox oksigenlə təmin edərək məlumatları yadda saxlamağa imkan verir. Balıq beyin qatının maye ehtiyacını tərkibindəki zülal və amin turşuları ilə qarşılayaraq yaddaşı gücləndirir. Balıq yemək də güclü stress altında daha sürətli düşünməyə kömək edir.

Yumurta

Beyinin ötürmə xidməti olan neyrotransmitterləri dəstəkləyən xolin B vitamininin bir növüdür. Kolin yeni beyin hüceyrələrinin istehsalına da fayda verir. Araşdırmalar yumurtanın xolin baxımından ən zəngin qida olduğunu göstərir. Yumurta ilə yanaşı fıstıq, balıq, yaşıl yarpaqlı tərəvəzlər, soya və kətan toxumları da xolin qaynaqları arasındadır. Bundan əlavə, yumurtalarda olan amin turşuları hüceyrə funksiyası ilə qarşılıqlı əlaqədə olur və psixi və nevroloji pozğunluqların qarşısını almaq üçün neyrotransmitter balansını qoruyur.

Badam

Badamla beyin yaşlanmasını dayandıra bilərsiz. E vitamini yaşlanma ilə beyində meydana gələ biləcək enişi dayandırır. E vitamini ilə zəngin olan badam beynin qocalmasını ləngidir, eyni zamanda beyin inkişafı və sağlamlığı üçün bir çox elementi ehtiva edir. Badamla yanaşı qoz, fındıq, yerfıstığı, günəbaxan tumları, küncüt və kətan toxumu beyin sağlamlığı üçün istehlak edilməsi lazım olan qidalar arasındadır.

Üzüm

Son araşdırmalar göstərir ki, üzüm dopamin ifrazını artıraraq problem həll etmək qabiliyyətini artırır. Bundan əlavə, bor baxımından zəngin olan üzüm beyin sağlamlığı üçün istehlak edilməsi lazım olan qidalar arasındadır. Bor istehlakının konsentrasiyanı və yaddaşı yaxşılaşdırdığı da məlumdur. Üzümdən başqa alma və fındıq da bor ehtiva edir.

Yaddaş üçün qarağat

Qaragilə və çiyələk kimi bəzi meyvələr və pomidor və yerkökü kimi tərəvəzlər yüksək miqdarda antioksidant ehtiva edir. Beyni daha uzun müddət sağlam saxlayan antioksidant tərkibli bu qidaları qəbul edən yaşlı insanların qısamüddətli yaddaşının yaxşılaşdığı müşahidə edilir. Bundan əlavə, qaragilələrin sinir hüceyrələri ilə qarşılıqlı əlaqədə olduğunu, yaddaşı yaxşılaşdırdığını və beyni stressdən qoruduğunu göstərən araşdırmalar da var.

Fındıq

Fındıq, tam E vitamini mənbəyidir. Kifayət qədər miqdarda qəbul edilən E vitamini xüsusilə sonrakı yaşlarda yaddaşın zəifləməsinin qarşısını alır.

Zeytun yağı

Polifenol, omeqa-9 və doymamış yağ turşularının mənbəyi olan zeytun yağı həm antioksidant, həm də iltihab əleyhinə təsir göstərir. Bu xüsusiyyətləri ilə qısa müddətdə miqren ağrılarına yaxşı gəlir, uzun müddətdə isə bilişsel məhvin qarşısını alaraq Altsheymer xəstəliyi riskini azaldır. Tərkibindəki E vitamini beyin hüceyrələrini və beyni zərərli xarici təsirlərdən qoruyur. Zeytun yağı verilən siçanların beyinlərində Altsheymer xəstəliyində görülən lövhələrin azaldığı və yox olduğu müşahidə edildi. Zeytun yağında olan melatonin serotonin mübadiləsinə müsbət təsir göstərir.

Avokado

Tərkibində mono doymamış yağ turşuları, E, C, K vitaminləri, fol turşusu və maqnezium var. Eyni zamanda tərkibindəki yüksək kalium və təzyiq salıcı təsiri ilə beyin sağlamlığına faydalıdır; Tərkibindəki yüksək lif sayəsində həm bağırsaq bakterial tarazlığına, həm də ürək-damar sağlamlığına töhfə verir. Doymamış yağ turşuları trigliseridləri və pis xolesterol səviyyələrini azaldır. Tərkibində damar sağlamlığı, göz sağlamlığı və beyin sağlamlığı üçün vacib funksiyaları olan bir çox antioksidan var. Onun doyurucu təsiri və iltihab əleyhinə təsiri birlikdə arıqlamağa kömək edir.

Çay

Çay bitkisinin tərkibində olan katexin adlı maddənin antioksidant xüsusiyyəti ilə yaşla əlaqədar baş verən beyin funksiyalarının itkisini azaltdığı göstərilib. Yaşıl çayda olan L-theaninin stressi azaldan təsiri bu təsirə müsbət təsir göstərir.

Qəhvə

Tərkibində yüksək miqdarda antioksidant var və həmçinin serotonin artırıcı xüsusiyyətlərə malikdir. Müntəzəm olaraq az miqdarda qəhvə içməyin, Alzheimer və Parkinson xəstəliyindən qorunduğu sübut edilmişdir. Ancaq gündə 2 stəkandan çox içmək miqren ağrılarının artmasına və xroniki hala gəlməsinə və maqnezium səviyyəsinin azalmasına səbəb ola bilər.

Bunlardan uzaq durun

Dəmirlə zəngin olan yağsız qırmızı ətin, beyin inkişafına böyük faydası olduğu halda, süd, pendir, hinduşka, toyuq kimi qidalar da istehlak edilməlidir. Beyin üçün sağlam qidalarla yanaşı, qaçınılması lazım olan qidalar da var. Bunlar aşağıdakı kimi sadalanıb:

1. Spirtli içki

2. İşlənmiş qidalar

3. Duzlu qidalar

4. İşlənmiş zülallar

5. Həddindən artıq şəkər.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə