“Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 28.7-ci əsasən nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 30-cu maddəsinə görə - ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.
Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Məhkəmə qaydasında nikah pozulduqdan sonra soyadını dəyişib keçmiş soyadına qayıtmaq istəyən qadın nikahın pozulması haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra nikahın qeydə alındığı yerin qeydiyyat şöbəsinə yaxınlaşmalı, həmin şöbədə keçmək istədiyi soyadl bildirməli və və nikahın pozulması haqqında şəhadətnamə almalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə