“YAŞAT” Fondu Birinci Qarabağ müharibəsi şəhidinin ailə üzvünə dəstək göstərib

“YAŞAT” Fondu Birinci Qarabağ müharibəsi şəhidinin ailə üzvünə dəstək göstərib

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, şəhidimiz İradə Həsənovanın anası Fatma Həsənovanın “İntavitreal inyeksiya elea və skleral fiksasiya” və sol göz içi ring əməliyyatının xərcləri Fond tərəfindən qarşılanıb.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.

Qeyd edək ki, Ağdam rayon sakini İradə Həsənova 1992-ci ildə ermənilərin atdığı qrad mərmisi nəticəsində şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə