Sakinləri ölümə sürükləyən piyada keçidi - ÇIXIŞ YOLU NƏDİR?

Sakinləri ölümə sürükləyən piyada keçidi - ÇIXIŞ YOLU NƏDİR?

Külli miqdarda vəsait xərclənib, ancaq məsuliyyətsizlikdən yararsız hala düşüb. Milyonlara başa gələn bu keçidə baxanda zibilxananı xatırladır. Keçiddə piyadalardan daha çox zibil, tullantı qalıqlarına, siqaret kötüklərinə kiçik polietilen torbalara rast gəlinir. Acınacaqlı mənzərə Abşerondakı keçidlərdən birindəndir. SİA xəbər verir ki, Gənclər şəhərciyinin onlarla sakini bu mənzərədən şikayətçi düşüb.

Şikayətçi Səadət Ağəliqızı: “Abşeron Gənclər şəhərciyində yaşayıram. 15 min əhali, demək olar ki, hər gün işə gedərkən mütləqdir ki, o keçidi keçir. Keçid çox bərbad vəziyyətdədir. Bütün yer-yurd zibil torbalarıdır. Ayaq altında zibillər tapdalanıb. Yumaq, təmizləmək lazımdır. Çünki oradan keçən insanların əksəriyyətinin həm ürək, həm psixoloji, alergiya problemi var".

AAYDA-nın şöbə rəisi Anar Nəcəfli: “Həmin piyada keçidinin çirkləndirilməsi agentliyi narahat edən məsələlərdən biridir. Baxmayaraq ki, həmin keçid mütəmadi olaraq təmizlənir. Bir gün öncə təmizlənən keçidə səhər baxırıq ki, yenidən çirkləndirilib. Bu da bəzi vətəndaşlar tərəfindən olunur. Həmin keçiddən istifadə edən vətəndaşlardan söhbət gedir. Biz bir daha vətəndaşlardan xahiş edirik ki, piyada keçidini çirkləndirməsinlər. Müəyyən hissələrini sıradan çıxarmasınlar. Aidiyyatı üzrə biz yenə məlumat verəcəyik ki, həmin keçiddə əsaslı təmizlik işləri həyata keçirilsin”.

Bu baxımsızlığın qarşısının alınması üçün aidiyyatı qurumlar tərəfindən nəzarətin olması isə mütləqdir. Çıxış yolu kimi isə sakinlər keçiddə təmizlik işçisinin və ya mühafizəçinin olmasını tələb edirlər.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə