“Təhsil üzrə 2 424 635.03 AZN vəsait xərclənib”

“Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişaf istiqaməti üzrə "YAŞAT" Fondu tərəfindən 2 424 635.03 AZN vəsait xərclənib”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Elvin Hüseynov bildirib ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 532 və yaralıların 171 müraciəti olmaqla ümumilikdə 703 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 495 845.99 AZN vəsait qarşılanıb.

Təhsil haqqının qarşılanması üzrə 588 müraciət Fond tərəfindən, 115 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri)”.

Bütün xəbərlər Facebook səhifəmizdə