“İnsanların hər hansı ödənilməmiş tələbatları olduqda, istəkləri həyata keçmədikdə boşluğa düşürlər və bu boşluğu da duyğusal aclıq doldurur. Bəzən insanlar tox olduqları təqdirdə belə ödənilməmiş tələbatlarını aclıq olaraq qəbul edirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Psixoloq bilşdirib ki, bir müddətdən sonra duyğusal aclıq insanlarda vərdişə çevrilir: “Bəzi hallarda yalnız qida deyil, hər hansı içki və ya əşya vasitəsilə belə özlərini "doydurmağa" çalışırlar. Bu cür insanların psixologiyasında emosional yanma, narahatlıqlar olur. Hətta bəzi insanlar bu yaşadıqları hislərdən belə xəbərdar olmurlar. Belə olan təqdirdə isə həyat ritmləri pozulur, daim özlərini ac hiss edirlər. Həyatlarındakı boşluqları isə qida ilə doldurmağa çalışırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB