Vilayət Eyvazov sıra baxışı keçirdi

Vilayət Eyvazov sıra baxışı keçirdi

Oktyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 287 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 41 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə