"Satıcılar bu məlumatları istehlakçılara verməyə məcburdurlar” - QURUM RƏSMİSİ AÇIQLADI
“Konfetlərlə bağlı Azad İstehlakçılar Birliyinə daim şikayət və sorğular daxil olur. Konfet satışının özəlliyi budur ki, heç bir konfetin üzərində buraxılma və son yararlılıq tarixi olmur. Bu qeydlər konfetlərin nəqliyyat tarasının üzərində olur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, nəqliyyat tarası, yəni yeşiklərə də alıcının baxmaq imkanı olmur: “Buna görə də Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilməlidir. Konfetlər yeşiklərdən çıxarıldıqdan sonra bükülməli, üzərlərinə buraxılma və son yararlılıq müddəti qeyd edilməlidir.
Çox təəssüf ki, konfetlərin yeşiklərə töküldüyünün şahidi oluruq. Bəzən də bu yeşiklərin dibindən qurd çıxır. Bu kimi problemlər Azərbaycan əmtəə bazarında müşahidə olunur. Düşünürəm ki, istehlakçılar açıq satılan bu cür konfetləri alan zaman öz hüquqlarından istifadə etməli və konfetin buraxılma və son istifadə müddəti ilə bağlı məlumatları əldə etməlidir. Satıcılar isə bu məlumatları istehlakçılara verməyə məcburdurlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB