Ali Məhkəmədə könüllülük proqramı ilə bağlı qeydiyyat başlayıb. Bu barədə SİA-ya Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, könüllülər Ali Məhkəmədə fəaliyyət göstərdikləri müddətdə yeni bilik və bacarıqlar qazanmaq, dünyagörüşlərini daha da artırmaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edirlər.
Eyni zamanda könüllülərin fərdi inkişafı üçün müxtəlif təlim və seminarlar təşkil edilir. Onlar Ali Məhkəmənin ayrı-ayrı şöbələrində təcrübə keçir, hakimlərin iş təcrübəsini öyrənir və məhkəmənin iş fəaliyyəti ilə yaxından tanış olurlar.
Ali Məhkəmədə könüllülük fəaliyyətinin müddəti üç ay nəzərdə tutulub.
Qeydiyyat üçün https://supremecourt.gov.az/siteform/registervolunteer linkinə keçid etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB