Qlobal telekommunikasiya avadanlıqları bazarında 3% artım olub

2022-ci ildə qlobal telekommunikasiya avadanlıqları bazarında 3% artım olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 5 faiz bəndi azdır.

Artım tempinin aşağı düşməsi ABŞ dollarının digər xarici valyutalar qarşısında bahalaşması və ötən ilin I yarısında tədarüklə bağlı yaranmış problemlərlə izah olunur.

2022-ci ildə Çində satışlar təxminən 4 % artıb. Bu ölkənin telekommunikasiya nəhəngi - "Huawei" şirkəti sanksiyalara baxmayaraq qlobal bazarda liderliyini qoruya bilib. Bununla yanaşı, şirkətin Çinin hüdudlarından kənardakı mövqeyi bir az zəifləyib. Belə ki, ötən il Çindən xaricdə "Nokia" (20 %), "Ericsson" (18 %) və "Huawei" (18 %) əsas tədarükçülər olublar. Ümumiyyətlə isə, 7 əsas oyunçu ("Nokia", "Ericsson", "Huawei", "ZTE", "Cisco", "Ciena" və "Samsung") qlobal telekommunikasiya avadanlıqları bazarının 80 %-ni əlində saxlayır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə