Yağıntı havanın keyfiyyətinə müsbət təsir göstərib

Yağıntı havanın keyfiyyətinə müsbət təsir göstərib

Havanın keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı, Abşeron yarımadası, Sumqayıt və Gəncə şəhərləri üzrə havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Fevralın 23-ü axşam saatlarından başlayan yağıntı havanın keyfiyyətinə müsbət təsir göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə