Araşdırmalar göstərir ki, psixoloji xəstəlikləri olan insanlar rəng seçimlərindən özlərini uzaqlaşdırırlar. Gündəlik həyatda aksessuarlarınızda və ya paltarlarınızda üstünlük verdiyiniz rənglər psixologiyanızın güzgüsüdür.
Hər zaman olduğu kimi, indi də Bakı küçələrində qara rəngə çox üstünlük verildiyini görürük. Küçəyə çıxın və diqqətlə ətrafa baxın. Tez-tez başdan ayağa qara geyinmiş biri ilə qarşılaşacaqsınız. Bəs, çoxluq niyə qara rəng geyinir? Bu maddiyyatla bağlıdır, yoxsa mental qeyri-ixtiyari davranışdır? SİA mövzu ilə bağlı araşdırma aparıb.
Araşdırmalara görə, insanlar uyğunlaşdıqları rənglərdə özlərini çox daha dinc hiss edirlər. Uyğun olmadığını düşündükləri rənglər arasında çox bədbəxt və narahat olan insanlar rəng seçimlərini bu istiqamətdə edirlər.
Qara depressiyanın rəngidir. Daha da pisi, yoluxucudur. Deməli, biz bunu başqalarında nə qədər çox görürüksə, bir o qədər də qara geyinirik. Qara matəm rəngidir. Ona görə də yas günlərini keçirərkən rəngli paltarlar geyinməyi özümüzə uyğun görmürük. Qara ruhsuzluğun rəngidir. Gənclər yetkinliyə keçid üçün, əsl şəxsiyyətini tapana qədər qara rəngdə israr edirlər.
Qara iş həyatında uğur, özünə inam və səlahiyyəti simvollaşdırır. Ancaq dostcasına özünə inam, ortaq bir səlahiyyət deyil. Təvazökar olduğu qədər də təkəbbürlüdür... Ən etibarlı qarderob seçimi. İstənilən rəngi udmaq qabiliyyətinə malikdir. O, izdihamda itir və ya başqa rəngə uyğun gəlmir. O gizlənir; nə qədər gizlədirsə, digərinə qarışır, yəni rəng vermir. Yapon dizayneri Yohji Yamamoto qara üçün dediyi kimi, "Mən səni narahat etmirəm, məni narahat etmə".
İnsanların psixoloji vəziyyətinin geyimləri ilə əlaqəsi var. Depressiyadadırlarsa, daha tünd olan rənglərə üstünlük verirlər. Bu qaranlıq hiss hətta evimizi boyadığımız rənglərə də təsir edir.
Qara rəng düşündüyümüz kimi hamımıza yaraşmır. Rəng Kodu Markasının yaradıcısı və onun şəxsi rəng məsləhətçisi Zeynep Tarhan Müslün deyir ki, qara asanlıqla tapılan və birləşdirilən, bolca istehsal edilən və çoxları tərəfindən risksiz qəbul edilən bir rəngdir. Amma onu daşımaq və şəxsi rəng koduna uyğun olaraq düzgün şəraitdə birləşdirmək əslində çox çətindir. İnsanların bölündüyü rəng qruplarına görə, qara yalnız yüzdə 25-inin təpədən dırnağa qədər geyinə bildiyi tondur.
Məşhur türk simalardan olan Sinan Çətin, Cem Yılmaz, Mustafa Ərdoğan, Neslihan Hakimi və Bilgin Gökberk məşhur olmaqla yanaşı, bir ortaq cəhəti də var. Belə ki, onların hamısı qara geyinirlər. Bəs niyə? Onlara bu sualı verəndə "Qara geyinmək gözəl hissdir" deyirlər.
Modelyer Simay Bülbülün sözlərinə görə, onlar nəcib və güclü görünmək istəyirlər.
Bəzi insanlar zəif göründüyü üçün ciddi görünmək üçün qara paltar geyinirlər. Elələri var ki, həmişə qara geyinirlər.
Cem Yılmaz da qara geyinən məşhurlardandır. Onu ancaq filmlərdə qaradan başqa geyimdə görürük. “Qara paltarlı modaçı” deyəndə ağlınıza Neslihan Hakim gəlir.
Almaniya kansleri Angela Merkelin qara rəngə çox üstünlük verdiyi məlumdur. Merkel tənqidə məruz qalmasaydı, bəlkə də həmişə qara geyinərdi. Amma o, dövlət başçısı olduğu üçün tənqidlərə biganə qala bilməz. Merkelin məşhur qara paltarı var.
Qara köynək geyindiyi üçün işdən qovulan bir idman şərhçisi də var, onun hekayəsini faciəli, yoxsa gülməli adlandıracağımıza qərar verə bilmədik. Bilgin Gökberk TRT-də idman şərhçisi kimi çıxış edib. Amma həmişəki kimi kostyumla yox, qara köynəklə. Hər həftə “TRT-yə köynəklə gedə bilməzsən” xəbərdarlığı alırdı. Bir il yarım belə xəbərdarlıq edildikdən sonra onu qovdular. Kanaldan sonra zəng vurdular, amma artıq gec idi. Gökberk indi Kanal 24-də qara köynəkdə şərhlər edir.
Gökberk qara rəngə aludə olmadığını deyir. “Tez-tez ekrana çıxıram, ekran paltarı istəyirdim, qara köynək seçdim” deyir.
Stil məsləhətçisi, geyim psixoloqu Rena Əliyeva: “İşığı əks etdirmək əvəzinə udan piqmentlər qara görünür. Rənglər piqmentlərin əks etdirdiyi işığın dalğa uzunluqlarından asılı olaraq əmələ gəlir. Praktikada bu rəng hesab olunur. Ton yox. Rənglər piqmentlərin əks etdirdiyi işığın dalğa uzunluqlarından asılı olaraq əmələ gəlir. Ətraf mühitdə işıq olmadıqda, hər şey qara görünür, çünki işıq əks oluna bilmir başqa sözlə, heç bir şey görünmür.
Qərb ölkələrində qara matəm, ölüm və kədər rəngidir. Hamımız müxtəlif vaxtlarda ətrafımızdakı gizlənmək üçün qara rəngdən istifadə edirik. Bəzilərimiz çəkimizi gizlətmək üçün istifadə edir, bəzilərimiz duyğularımızı, qorxularımızı və ya etibarsızlığımızı gizlətmək üçün istifadə edirik.
Bəziləri güclü və ciddi görünmək üçün qara rəngdən istifadə edirlər. Bəziləri daha zəif göründüyü üçün buna üstünlük verirlər. Qara rəngi sevən insanlar ümumiyyətlə yüksək hörmətə, fədakarlığa və qətiyyətə sahibdirlər. Bundan əlavə, qara geyinən insanların daha çox psixoloji problemi olduğu aşkar edilib.
Bizim cəmiyyətə gəldikdə isə, mən tez-tez müştərimlərlə alış-veriş prosesində olduğum üçün bəzi hallarda qara rəng məcburiyyətə çevrilir. Çünki gözəl kəsimli, yaxşı materiallı fərqli kəsimli geyimlərin bir çoxu qara rəngdədir.
Adətən dizaynerlər fərqli kəsimlər etdikdə, qeyri-adi bir modeldə geyimlər hazırladıqda bu zaman rəngi sadə tutmağa üstünlük verirlər ki, qarışıqlıq yaranmasın. Bu zaman qara rəng məcburiyyətdir. Çünki başqa rəng tapmaq olmur.
Ümumiyyətlə isə bizim cəmiyyət qara rəng geyinməyə çox meyillidir. Rəngli geyinməkdən qorxurlar. Əslində hər birimiz qaranın matəm rəngi olduğunu bilirik. Bu hərkəsə fərqli enerji verməyə bilər, amma adətən çox xoş enerjisi olmayan və sizi gizlədən bir rəngdir. Qara rəng geyinən insanlar görünməkdən qorxurlar. Onlar gözəl olmaq istəyə bilərlər. Amma bunu gönürərək yox, ikinci planda qalaraq etməyi seçirlər.
5 illik təcrübəmə əsasən deyə bilərəm ki, mənə müraciət edən insanların 50 faizindən çoxu “Biz ancaq qara geyinirik və bu rəngdən çıxmaq istəyirik” deyirlər. Çünki məsələn, çəhrayı bir köynək almısınızsa, onun altına geyinəcəyiniz şalvar rəngi baş qarışdıran məsələdir.
Qara rəng belə düşünülür ki, hərşeylə uyğunlaşır. Bu səhv fikirlərdir. Nə də biz başdan ayağa qara geyindikdə arıq görsənmirik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə