“Təcavüz prosesi yaş faktoru ilə çox əlaqəlidir” - PSİXOLOQ İZAH ETDİ
“Ümumiyyətlə, qarşı tərəfə olunan təcavüz prosesi yaş faktoru ilə çox əlaqəlidir”. Bu sözləri SİA-ya açıqlamasında ADPU- nun müəllimi, psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, hələ mənlik şüuru tam inkişaf etməmiş və idrak prosesləri tam formalaşmamış azyaşlılara olunan bu çirkin davranış ola bilsin ki, tam dərk olunmaya bilər: “Yaşından, həyat tərzindən asılı olaraq qarşı tərəfin onu manipulyasiya etməsi, onun bu prosesi adiləşdirməsi onun üçün müəyyən yaşa qədər adi bir proses kimi qarşılana bilər. Yalnız mənlik şüuru, əxlaqi şüur inkişaf etdikdən, şəxs üzləşdiyi bu prosesin nə qədər çətin, ağır olduğunun fərqinə vardıqdan sonra insanda bu, travma halına çevrilir. O travmanı özündə daşıyan insan bunu gizli saxlayır. Çünki gizli saxladığı prosesin də gizli saxlanmasına müəyyən səbəblər var. Bura valideynlərin təzyiqi, ətrafın ondan uzaqlaşması, ona inanmama və s. aiddir”.
Gülər Məmmədova sözlərinə belə davam edib: “Bu aspektdən də cinsi istismar insanın daxilində qaranlıq bir aləm kimi hökm sürür və bu onunla müəyyən yaşa kimi yaşayır. Bu onun mütəxəssis yanına gedib özünü boşaltmasına qədər davam edir. Bu cür hallar insanlarda adekvat dəyərləndirilərsə ki, “Əgər mən özümü müdafiə edə bilmədiyimə görə o zaman dərk edirdim, amma məcburiyyət qarşısında qalırdım. Buna görə məni qorxudurdular, mənə hədə-qorxu gəlirdilər, mənə elə bir təhdidlər olunurdu ki, mən düşünürdüm ki, bunu etməsəm başqa bir fəsadlar ola bilər, ağlım kəsmirdi. Amma indi bunu mənə heç kim edə bilməz. Məsələn, o yaşım üçün onda çox qorxurdum”. Bunu insan danışdıqca, bunu öz mütəxəssisindən, psixoloqundan müəyyən daha rasional şəkildə izah eşitdikcə insan o travmanı qismən yox, çox yüngülləşdirmiş olur.
Ona görə bu kimi proseslər ağır proseslərdir. İnsanın özünü qoruya bilməməsi, sanki insanın özünə güvənin aşağı düşməsi, özünə dəyərin aşağı enməsi, özünə qiymətləndirmənin aşağı düşməsi və insanın öz mənliyinə olan dəyəri daha da azaldır, daim cəmiyyətdə özünü köməksiz, çarəsiz kimi görür, günahkar kimi görür. Bu aspektdən də insan bu daxilindəki bu yaşadığı situasiyanı açmalı, yalnız mütəxəssislə düzgün ünvana gedib onu bölüşməli, mütləq şəkildə psixoloji dəstək almalıdır.
Mütləq şəkildə hər kəsdə bu proses eyni cərəyan etmir, hər kəsin xarakteri, temperamenti özünəməxsusdur deyə, hər kəs bu prosesi eyni şəkildə qəbullanmır. İnsanda bu agahlanma prosesi gedərsə, insan bunun fərqinə vararsa insana bu travmaya çevrilir. Bəzi insanlar bunu həyat tərzinə də çevirə bilir və bunu təəssüflər olsun ki, bunu travma kimi qəbul etmir və pis yolun yolçusuna çevrilə bilir. Ona görə bu psixologiya sağlam həyat tərzli bir insanın sağlam şəxsiyyət kimi yaşaması üçün insan üzləşdiyi bu travmatik situasiyaları zaman-zaman daxilindən korreksiya etməyi bacarmalıdır, yəni nizamlamağı bacarmalıdır. Çünki hər bir insanın həyatında müəyyən bir qaranlıq zolaq olur və bu hər bir insanın həyatında ola bilər. İnsan yenə də daxilini təmizlədikcə, özünü anladıqca özünə hörməti, dəyəri artır və insanın özünə nəzarəti artır. Artıq insanın müəyyən bir yetkin yaşında bir kimsə onun həyatına müdaxilə edə bilməz, onu zorla nəyəsə məcbur edə bilməz, təcavüzə də məruz qoya bilməz. Çünki insan artıq yetkin yaşa gəlir, mənlik şüuru inkişaf edir və insanın psixikası artıq get-gedə sağlam bir vəziyyətə dönüşür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB