"Müəssisələr tərəfindən 126 392.73 manat borc ləğv edilib" - QURUM RƏSMİSİ AÇIQLADI

"İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 6 772 442.30 AZN təşkil edir". SİA xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib.

E. Hüseynov qeyd edib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib: "Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə