"35 175 müraciəti icra üçün öhdəliyə götürülüb" - FONDUN RƏHBƏRİ DANIŞDI

"Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 14 744 şəxsin 35 175 müraciəti icra üçün öhdəliyə götürülüb". SİA xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov illik hesabatla bağlı keçirilən mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, 2 il ərzində Fondun hesabına 75 846 318.85 vəsait mədaxil olub: "Fondun fəaliyyət istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 4 233 967.32 AZN təşkil edir. Xərclənən vəsaitdən:

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 41 042 300.00 AZN
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 1 347 611.19 AZN
İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 6 772 442.30 AZN
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 22 449 998.04 AZN".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə