Azərbaycanın Türkiyədəki Səfirliyi, PAŞA Həyat Sığorta ASC və “İrs” jurnalının birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Şuşa İli münasibətilə konfrans və kitab təqdimatı keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Ankarada Milli Kitabxananın Azərbaycan bölməsində təşkil edilən mərasimdə rəsmi şəxslər və ziyalılar iştirak edib.
Şuşa İli sərgisində qonaqlara Azərbaycanın qədim tarixi, Qarabağ təbiətinin əsrarəngiz gözəlliyi, Bakının əzəməti, Naxçıvanın füsunkar dağlarını əks etdirən şəkillər təqdim olunub.
Sonra Azərbaycan həqiqətlərinə dair kitabların tanıtma mərasimi başlayıb. Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki dövlətin himnləri səsləndirilib.
Şuşa haqqında sənədli filmin nümayişindən sonra çıxışlar olub. Təqdimatı keçirilən “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəfis tərtibatda hazırlanan kitabların ərsəyə gəlməsi, mündəricatı barədə iştirakçılara müfəssəl məlumat verilib və gələnlərə onlardan hədiyyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB