“Qoy dişlərini qıcasınlar” - MÜĞƏNNİ

SSRİ Xalq artisti Alla Puqaçova onu tənqid edənlərə cavab verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müğənni “İnstaqram” hesabında paylaşım edib: “Nə yaxşı ki, həmişə dözə bilmədiyim insanlar mənə nifrət edirlər. Məni bəyənsəydilər, bu, o demək olardı ki, mən oxuyub boşuna yaşamışam. Səbəbi aydındır. Qoy dişlərini qıcasınlar. Onlar mülkədar idilər, qul oldular”.

Bildirək ki, Alla sentyabrın sonunda uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib.

Sənətçinin əri Maksim Qalkin Rusiya Federasiyasında xarici agent qeydə alınıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə