Erməni “vətənpərvərliyi”...

Əgər burada erməni Avakyanın barmağı varsa, deməli Qalkinin “küməsi batdı”

Deməli, erməni bloger Qaspar Avakyan Rusiya Silahlı Qüvvələri ilə bağlı “yalan bəyanatlara” görə komediya ustası, şoumen Maksim Qalkindən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinə şikayət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, erməni bloger bu barədə “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“...Qalkin Maksim Aleksandroviç, fikrimcə, Rusiya Federasiyasının Ordusu ilə bağlı yalan olan bəyanatlar verib. Gənclərimiz bu gün bizim dincliyimizi qoruyur, amma müğənni Alla Puqaçovanın əri Qalkin belə düşünmür. Ona görə də bu faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İdarəsinə müraciət etdim və bu gün komediyaçıya qarşı iş açdırdım”.

...Qaspar Avakyan bildirib bunu. Yeri gəlib deyə mən də bildirim ki, Sizi bilmirəm, ammamən bunu əsil “erməni vətənpərvərliyi” kimi qəbul edirəm.

Qeyd edək ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin Ekstremizmlə Mübarizə Mərkəzi erməni blogerin “vətənpərvərliyini” dəyərləndirib.

Ona xain Qalkinin əməllərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət əlamətləri aşkar etdikləri barədə məlumat veriblər. (Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi, Rusiya Federasiyasının dövlət orqanlarının öz səlahiyyətlərini həyata keçirməsi barədə qəsdən yalan məlumatların ictimai yayılması).

Buna görə də Avakyanın müraciəti qeydə alınaraq Rusiya İstintaq Komitəsinə göndərilib. Onu da deməliyəm ki, əgər burada erməni Avakyanın barmağı varsa, deməli Qalkinin “küməsi batdı”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...