Xuraman Şuşalı oğul anası olub
Azərbaycanın məşhur müğənnisi Xuraman Şuşalı ana oldu. SİA-ya açıqlama verən Xuramanın sözlərinə görə, o Bakının klinikalarından birində gecə saatlarında dünyaya oğul gətirib. Sevincinin hədi-hüdudu olmayan müğənninin və uşağın səhhəti normaldır.

2500 qram olan Məhəmməd Mehtinin boyu 53 santimetrdir. Hazırda klinikada olan müğənni ana ilə körpəsi özlərini yaxşı hiss edirlər. Xuramanın sözlərinə görə, həyat onun üçün hələ indi başlayır.

Xuraman bildirir ki, onun uşağının şəkilləri mediaya yalnız 3 aydan sonra çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня