Gənc və istedadlı müğənni Çingiz Məmmədzadə hər ifasından və efirə dəvət alandan sonra mətbuatda və sosial şəbəkədə kay-küyə səbəb olur. Belə ki, gənc ifaçının səsi, tembri məşhur türk müğənnisi Kiraçın ifasına çox bənzədilir. SİA-nın verdiyi məlumata əsasən Çingiz Məmmədzadə bir neçə gün əvvəl "Azad Azərbaycan" kanalında qonaq olub və bu dəfə də onun ifası böyük marağa səbəb olub.

Xatırladaq ki, sosial şəbəkə izləyiciləri də bu bənzərliyi bəyəndiklərini, səhnədə yeniliyin olduğunu vurğulayırlar.

Qeyd edək ki, gənc ifaçı qısa müddət ərzində böyük tamaşaçı sevgisi qazanıb. O, hal-hazırda yeni mahnılar üzərində çalışır.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə