Türkan Vəlizadə bu dəfə də bivəfa yarını tanıtdı FOTO

Sevilən müğənni Türkan Vəlizadə yeni uğurları ilə sevənlərini məmnun etməyə davam edir. SİA-nın verdiyi məlumata görə, mahnı da, klip də elə ilk gündən izləyicilərin böyük marağına səbəb olub. Klipdə Türkan Vəlizadə fərqli geyim tərzi və rəqsləri ilə möhtəşəm görünür.

Mahnının sözləri Cavid Əliyev, musiqisi Kesra Zahedi, aranjımanı isə Kamran Səlimliyə aiddir. Klipin rejissoru Xəyal Murtuzovdur. Saç və makiyaj isə Günel Axundovaya məxsusdur.

Türkan Vəlizadə şəxsi Instagram hesabından sevənlərinə "Klipim və yeni mahnım çox sevildi. Nə yaxşı ki, varsınız. Sizi çox sevirəm. Sevginizlə daha da güclənirəm", deyib.

Daha sonra isə heyranlarına "Növbəti mahnım lirik, yoxsa ritmik olsun?" deyə bir sual da ünvanlayıb.

Sevilən müğənnimizə SİA adından növbəti işlərində də uğurlar arzulayırıq.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə