Oktayla Aysel rəsmi boşandı: "Daha bu ailə yoxdur" FOTO

Bloqqer Aysel Şükürova ilə Oktay Əhmədovun məhkəməsi olub. SİA-nın məlumatına görə, cütlük boşanıblar. Bu haqda Oktayın özü xəbər verib: "Bu gündən etibarən artıq boşanmağımız tamamilə rəsmən təstiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Nə xəyanət olmuşdu, nə də başqa bir şey. Şər- böhtanlar mənə atıldı, bağışladım. Hansı səbəbə görə ayrılmağımızı açıqlayıram. Uzun müddətdir ki, ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı. Mən də razı oldum. Çünki tək istədiyim ailəmi geri qaytarmaq idi. Amma mənim səhvim olmadığı halda... Bunun üçün çox cəhdlər etdim. Təəssüf ki, o insan razılaşmadı.

Sevgimi, ailəmin arxasında dayandığımı üzə deyirdim, internetdə paylaşmırdım. Video qoyub göz yaşıma görə nə reytinq yığdım, nə də sevgi çarxları paylaşdım ki, kiminsə yazığı gəlsin. İzləyicilər mesaj yazırlar, ona görə də məcbur paylaşım edirəm.

Daha bu ailə yoxdur. Bu barədə mənə hec ̧nə yazmayın, video, şəkil göndərməyin. Sevgimi, verdiyim dəyəri 5 il əvvəl və evlilik dövründə sübut etmişəm. Uşaqlarımın anasıdır. Ona görə də günlərdir susuram, əsl səbəbləri açıqlamıram. Tək istəyim mənə şər və böhtan atılmasın!".

Qeyd edək ki, Aysel ərinin ona xəyanət etdiyini iddia edib. Cütlüyün 2 əkiz övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə