Rüfət Axundov da o məşhurların sırasına qoşuldu

Müğənni Rüfət Axundov koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulan məşhurlar sırasında yer alıb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü danışıb: "Mən də əlimdən gəldiyi qədər öz vətəndaşlıq borcumu yerinə yetirdim. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 min manat məbləğində ianə etdim".

Rüfət əhaliyə müracət etməyi də unutmayıb: "İnsanlara səslənib, evdə qalmalarını məsləhət görərdim. Mən də ailəmi başıma toplayıb #evdəqal deyərək çölə çıxmırıq və sağlamlığımızı qoruyuruq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...