Pərvin 2 il əvvəl ölən qızından danışdı

Müğənni Pərvin Lətifov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı 2 il əvvəl dünyasını dəyişən 6 yaşlı qızından bəhs edib: "Uşağın ölüm səbəbini hələ də bilmirik. Səbəbi yəqin onun yanına gedəndə biləcəyik. Bu haqda heç vaxt danışmamışam. İndi iki qız övladım var. Hər insanın həyatda bir yanaşma tərzi var.

İnsanlar yanlış başa düşür. Sənətimə 2 il ara verdim. Amma oxumaq işimdir, ailə, övlad dolandırıram. Mən iki ilin yox, uzun illərin ifaçısıyam. Başqa işə keçmək düşüncəm yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə