Gənc qruplardan olan "Milk&Kisses"in üzvləri Dilarə Kazımova və Fəridə Nelson reper Toni ilə birlikdə yeni duet mahnılarını hazırlayıblar. Duet məhz bu gün bir çox ölkələrin qeyd etdiyi "Sevgililər günü"nə həsr edilib. "Haradadır hisslər?" adlanan duetdə iki sevən insanın həyəcanı, məhəbbət uğrunda çarpışması əks olunub. Qrup üzvləri SIA-ya bildiriblər ki, mahnını dinləyən hər kəs özünə məxsus bir şey tapa biləcək.
Qeyd edək ki, sözügedən mahnının musiqisini Fəridə Nelson və Nicat Fərəc yazıblar. Sözlərin müəllifi isə Toni özüdür. Tezliklə mahnıya klip çəkiləcək. Klipin rejissoru artıq müəyyənləşib. Bu Fərhad Əlidir

Bütün xəbərlər Facebook səhifəmizdə