"İnsanlardan bu qədər iyrənc sözlər gözləmirdim"

Tel-Əvivdə keçirilən 64-cü “Eurovision” müsabiqəsində 7-ci yeri tutan müğənni Çingiz Mustafayev Vətənə döndükdən sonra proqramların birində müsahibə verib. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən söz açıb: "Xoşagəlməyən şərhlərdən şokdayam. Heç gözləmirdim. Çoxları yazırdı, bu müqəddəs Ramazan ayında dua edəcəyik ki, birinci yerə çıxmayasan. İnsanlardan bu qədər iyrənc şərhlər gözləmirdim. Bizim düşmənlərimiz belə Azərbaycanı dəstəkləyirdi. Demirəm ki, Vətənimdə hamı məni bəyənsin. Onsuz da səs verə bilməyiblər. Amma bu qədər də ürəkbulandıran şərhlər yazıb, düşmənləri sevindirməsinlər. Həmin insanlara nə deyə bilərəm?! Bilmirəm onlar nə yeyirlər, nə ilə qidalanırlar, necə böyüyürlər, hansı tərzdə yaşayırlar. Onlara Allahdan sadəcə, şəfa diləyirəm. Çünki bu normal reaksiya deyil. Onlar azərbaycanlı ola bilməzlər. Bütün Avropa Azərbaycanı bu yarışmada dəstəklədi. Səhnə arxasında hər kəs yaxınlaşıb “niyə birinci olmadınız” deyə təəssüf edirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə